Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:20

ABŞ və Pakistan liderləri münasibətlərin yaxşılaşdırılmasını müzakirə edirlər


 Nawaz Sharif və Barack Obama
Nawaz Sharif və Barack Obama
ABŞ prezidenti Barack Obama ilə Pakistanın baş naziri Nawaz Sharif bu gün Ağ evdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə edəcəklər.

Qeyd edık ki, ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisində keçirdiyi hərbi əməliyyatlar son vaxtlar iki ölkə arasındakı münasibətləri korlayıb.Pakistan buna ərazi bütövlüyü, suverenliyinin pozulması kimi baxır.Pakistanıb baş naziri Nawaz Sharif çərşənbə axşamı Vaşinqtonda bildirib ki, buna son qoyulmasını təkid edəcək.

Amnesty İnternational təşkilatının bu arada yaydığı hesabatda bildirib ki, pilotsuz təyyarələrin Pakistan ərazisində keçirdiyi bir sıra əməliyyatlara hərbi cinayətkarlıq kimi baxmaq olar.

Vaşinqton isə bu əməliyyatların əl qaidə və talibançılarla mübarizədə effektli olduğunu əsas gətirir.

Barack Obama Vaşinqton görüşündə Pakistanı vaxtaşırı Əfqanıstandakı NATO qüvvələrinə hücum edən yaraqlı qruplara qarşı mübarizəni gücləndirməyə çağırmaq fikrindədir. Bundan başqa Vaşinqton Pakistanın Talibanla sülh danışıqlarına kömək etməsini istəyir.
XS
SM
MD
LG