Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Xəzər Dəniz Gəmiçiliyinin iki əməkdaşı həbs edilib


Xəzər Dəniz Gəmiçiliyinin iki əməkdaşı həbs edilib.

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi açılıb, iki nəfər həbs edilib.

Bu barədə oktybarın 23-də baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “İslam Səfərli” yük gəmisinin kapitanı Rusiyaya məxsus “Kuban” gəmisinin kapitanı ilə şifahi razılaşmasından sonra 3800 dollar müqabilində Rusiya gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsində şübhəli bilinir.

Bundan başqa gəminin saxlanc yerindəki 6 ton dizel yanacağın 1800 dollara “Kuban” gəmisinin heyətinə satıldığı bildirilir.

Həbs olunan gəmi kapitanı və onun köməkçi Cinayət Məcəlləsinin “mənimsəmə- israfetmə” və “qaçaqmalçılıq” maddələri ilə təqsirli bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG