Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

“Aqrolizinq” ASC-nin filial müdiri həbs edilib


.
“Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialında müdiri Razi Talıbzadə həbs edilib. Bu barədə oktyabrın 23-də Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, adı çəkilən şəxs fermerlərə güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş 10 min tona yaxın (835,5 min manatlıq) gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satıb mənimsəməkdə şübhəli bilindiyi üçün həbs edilib. O, Cinayət Məcəlləsinin “mənimsəmə və ya israf etmə” (179.3.2-ci maddə) maddəsi ilə təqsirləndirilir.
İttiham təstiqlənərsə filial müdiri yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG