Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

«Yeni uşaq mahnıları-2013» respublika müsabiqəsinin təqdimatı keçirilib


.
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səsyazma studiyasında «Yeni uşaq mahnıları-2013» respublika müsabiqəsinin təqdimatını keçirib.
Mədniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, ölkə tarixində ilk dəfə baş tutan müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən «Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi» layihəsi çərçivəsində reallaşdırılır.
Müsabiqəyə 73 mahnı təqdim edilib.
Mahnılar əvvəlcə münsiflər heyəti tərəfindən seçiləcək. Daha bu ifalar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq.
Qaliblərin seçilməsində həm münsiflərin rəyi, həm də sosial şəbəkələrdəki səsvermələrin nəticələri mühüm rol oynayacaq.
Müsabiqə ilin sonunadək yekunlaşacaq və qaliblərin iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək.
Müsabiqənin qaliblərinə və fərqlənənlərə pul mükafatı, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.
Tədbirdə müsabiqənin birinci mərhələsinin yekunları müzakirə olunub və müsabiqəyə təqdim edilən uşaq mahnıları dinlənilib.
Müsabiqə son illər Azərbaycanda tamamilə unudulan uşaq mahnılarının inkişafına yol aça bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG