Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:47

Aydın Bəşirov: Hamımız bir adama xidmət edirik


İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edən zaman (Foto: president.az)
İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edən zaman (Foto: president.az)
.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq sədri Aydın Bəşirov AzadlıqRadiosuna müsahibə verib.
- Aydın müəllim, sizin sədr olduğunuz Xəzər Dəniz Gəmiçiliyi İdarəsi digər biri qurumla birləşdirildi, amma ora siz yox, yeni adam sədr təyin edildi. Münasibətiniz necədir?
- Mənim mövqeyim normaldır, necə olacaq?
- Siz uzun müddət idi bu sahədə idiniz, gözləyirdinizmi bu dəyişikliyi?
- Nə olsun ki, bu qədər işləmişəm, dədəmdən-babamdan yer qalmayıb ki bizə..(gülür).
- İndi hardasınız?
- İşdəyəm, iki şirkət birləşib, yeni qurum yaranıb. Sərəncamı oxumusunuz mən işdən çıxarılmamışam, sadəcə quruma başqa bir adam rəis təyin edilib.
-Yeni rəisə münasibətiniz necədir?
Bundan sonra nə deyərlər onu da eləyəcəm. Amma hələlik mənim işdən çıxarılmamla bağlı əmr yoxdur. Biz rəhbərimizə, millətimizə və dənizçilərə əvvəl necə sadiq qalmışıq, axıracan elə sadiq qalacağıq...
- Münasibətim əladır, mənim ən yaxın dostlarımdan biridir. Hər şey əladır. Necə olmalı idisə, elə də oldu. Çoxdan bu şirkətlər birləşməli idi. Birləşib güc olur, vahid yumruğ olur.
- Siz yenə də bu qurumda qalacaqsızmı?
- Hələ bilmirəm, sərəncam oldu-olmadı mən qurumla həmişə bir yerdəyəm. Hamımız dostuq, hamımız bir adama xidmət edirik. Allah prezidentimizin canını sağ eləsin, ona uzun ömür versin. 19 il işləmişəm, artıq pensiya yaşındayam. Bundan sonra nə deyərlər onu da eləyəcəm. Amma hələlik mənim işdən çıxarılmamla bağlı əmr yoxdur. Biz rəhbərimizə, millətimizə və dənizçilərə əvvəl necə sadiq qalmışıq, axıracan elə sadiq qalacağıq.
- Yeni rəis Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə gəlibmi?
- Gələcək də, nə olub bəyəm...Hər şey normaldır. Biz qardaş kimiyik, dostuq, problem yoxdur. Mən şadam ki, belə oldu. Bu çoxdan lazım idi. Azərbaycan gözəlləşir, çiçəklənir. Azərbaycan tranzit ölkədir, bu birləşmə hökmən olmalı idi. Sərəncam, əla, əntiqə. Mən də hələlik bu qurumun içərisindəyəm, bir-birimizə yardımçı olacağıq. Tək əldən səs çıxmaz. Bu birləşmənin Azərbaycana ancaq xeyri olacaq. Yüklər çoxalacaq, güclənmək lazımdır ki, ölkənin güclü nəqliyyat sistemi olsun. Çalışmaq lazımdır ki, bütün tranzit yüklər bizdən getsin. Onun üçün də bir yumruq olmalıyıq.
1967-ci ildən dənizdəyəm. Mən oldum, olmadım, onsuz da biz bir yerdəyik. Xaricilər bizə həsəd aparır, bu qısa müddətdə Azərbaycan necə gözəlləşib. Allah prezidenrtimizin canını sağ eləsin, adam baxır ləzzət alır...
- Aydın müəllim sizin yeni quruma təyin olunmamanızı sizin buraxdığınız səhvlərlə izah edirlər?
- Mənim artıq 66 yaşım var. (Gülür). 5 il kursantlıq, 1967-ci ildən dənizdəyəm. Mən oldum, olmadım, onsuz da biz bir yerdəyik. Xaricilər bizə həsəd aparır, bu qısa müddətdə Azərbaycan necə gözəlləşib. Allah prezidenrtimizin canını sağ eləsin, adam baxır ləzzət alır.
- Dəyişiklikdən, təyinatdan əvvəlcədən xəbəriniz var idimi?
- Strukturun yaradılmasından çoxdan xəbərim var idi. Təyinata gəlincə, yenə deyirəm mən işdən azad olunmamışam. Yeni struktur yaranıb, başqa yoldaşı təyin ediblər. Sabah cənab prezident, hökumət nə desə o da yerinə yetiriləcək. Bir yerədə işləyədəyik, işləməyəcəyik bu başqa məsələ, amma bu struktur lazım idi.
Oktyabrın 22-də prezident Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması haqqında sərəncam imzalayıb.
Prezidentin növbəti sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib. Buna qədər Xəzər Dəniz Gəmiçiliyi idarəsinin sədri Aydın Bəşirov olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG