Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:22

Xənəyə kəndində bələdiyyənin işindən narazılıq edirlər


İsmayıllı

İsmayıllı

-
İSMAYILLININ XƏNƏYƏ KƏNDİNDƏ KÖÇ EDƏN VARLILAR...

İsmayıllı rayonunun Xənəyə kəndində bələdiyyənin işindən narazılıq edənlər var. Sakinlərdən Nəbi Əhmədov deyir ki, kəndin çoxlu sayda problemləri var. Onun sözlərinə görə, kənd arası yollar bərbad gündədir, işıq sistemi yararsız haldadır, qaz xəttlərinin bərpası üçün heç bir iş görülmür:

“Dörd kənd birləşdirilib bir bələdiyyə yaradılıb. Əslən Qalınçaqdan olan Sadiq İsayev faktiki icra başçısı tərəfindən təyin olunub. Bu adamı ümumiyyətlə tapmaq olmur. O rayonda reyestr xidmətinin rəisidir. Orada işi bişirib kənddə torpaqları kənardan gələnlərə satır. Şəxsən mənim başıma oyun açdı. Sənədlərimi onlardan alınca az qala döymədiyim qapı qalmadı.”

“SƏDR BÜTÜN UZAQDA, YAXINDA OLAN QOHUMLARINA, DOSTLARINA TORPAQ VERİB.”

Kənd sakinlərindən Həsən Xəlilov isə qeyd edir ki, bələdiyyə sədrini ümumiyyətlə görməyib:

“Bu dəfə seçilən bələdiyyə tərkibi kənd üçün heç bir iş görmədi. Əksinə torpaqlarımızı satdılar. Sədr bütün uzaqda, yaxında olan qohumlarına, dostlarına torpaq verib.”

Həsən Xəlilov qeyd edir ki, torpaq alan şəxslər yalnız yaydan-yaya istirahətə gəlirlər:
“Hamısı da vəzifədə çalışan, ya da ki, biznesmenlərdir. Ayıbdır axı sən öz kəndçinə torpaq vermirsən ki, yoxdur. Ancaq kənardan gələn şəxslərə bir (1) sot beş (5) min manata satılır. Niyə araşdırmırlar ki, torpaqların satılmasından əldə olunan pul hara xərclənir?”

İCRA NÜMAYƏNDƏSİNİN MÖVQEYİ...

Xənəyə kənd icra nümayəndəsi Vəzir Fətəliyev də sakinlərin bəzi fikirləri ilə razılaşır:
“Bələdiyyəyə torpaq satışı, vergi və digər sahələrdən xeyli pul daxil olur. Ancaq kənd üçün görülən işlərlə bu uyğun gəlmir. Düzdür kənd qəbristanlığında müəyyən işlər görüldü. Bunu da bələdiyyənin müavini Möhübbət Tağıyev gördü. Əsaslı geniş miqyaslı heç bir iş görülməyib.”

BƏLƏDİYƏNİN MÖVQEYİ...

Bələdiyə sədri Sadiq İsayev isə tənqidləri qəti rədd edir:

“Kəndin ağsaqqallarından soruşun görək mən nə iş görmüşəm? Əvvəla mən heç kimə torpaq satmamışam. Satılan torpaqların hamısını yerli sakinlər öz şəxsi torpaqlarından satıblar. Mən onlara müdaxilə edə bilmərəm. Torpaq özünün özü bilər kimə satar, satmaz.”

“BİZİ İTTİHAM ETMİRLƏR DESİNLƏR GÖRƏK,...”

Sədr Sadiq İsayev deyir ki, kənd qəbirstanlığının düzəldilməsi üçün külli miqdarda pul xərcləyiblər. O başqa görülən işlərdən də danışır:

“Məktəbin ətrafı yenidən təmir olunub. Kənd arası yollar təmir olunub, qrabil döşənib. Kəndin qaz xəttləri yenidən təmir olunur, su xətti xarab olmuşdu yenidən təzə borularla əvəzlədik. Başqa nə edə bilərik? Buyurub desinlər, bəlkə bizim diqqətimizdən kənarda qalır. Bizi ittiham etmirlər desinlər görək, bələdiyə başqa nə etməlidir?.”
XS
SM
MD
LG