Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər


Orxan Zeynalov

Orxan Zeynalov

Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları qətldə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşüblər.

ANS PRESS-in məlumatına görə, konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov görüş zamanı Orxan Zeynalova hüquqlarını başa salıb və ona
bildiriblər ki, onun maraqlarının müdafiəsi üçün vəkil V.İ.Anikushkin və tərcüməçi D.Dadaşova ilə müqavilə bağlanıb. O.Zeynalov həbs edildiyi gün, həmçinin təcridxanada saxlanıldığı müddət ərzində ona qarşı əsassız işgəncələr verildiyini, şərəf və ləyaqətinin alçaldıldığını bildirib.

O.Zeynalova həmçinin deyilib ki, səfirliyin tapşırığı ilə vəkil V.İ.Anikuşin KİV-də yayılmış məlumatlar, videokadrlar, həmçinin O.Zeynalovun sözləri əsasında ittiham edilənin bədənindəki xəsarətlər, ona qarşı fiziki təzyiqlər barədə bir neçə vəsadət qaldırılıb, həmçinin ona qarşı qəbul edilmiş qərarın dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG