Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25
-
«Qardaşım nitqli qüsurludur, ikinci qrup əlildir, 3 uşağı var, 96 manat təqaüd alır. Pay torpağı da yoxdur. Keçən il ünvanlı sosial yardım üçün müraciət etdik. Rəis müavini bizdən təyin olunacaq ünvanlı sosial yardımın 6 aylığını istədi. Razılaşsaq da, sosial yardım təyin olunandan sonra ilk ayını ona verdik, qalanlarını yox».

Mahir Bədəlovun AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayəti Goranboy rayon Sosial Müdafiə Mərkəzindəndir. O, 38 yaşlı əlil qardaşı Zaur Bədəlovun ünvanlı sosial yardım üçün müraciət etdiyini, ancaq əlil ailəsinə aylıq cəmi 14 manat yardım ayrıldığını deyir:

- Keçən il qardaşıma 80 manat ünvanlı sosial yardım təyin olundu. Biz 6 aylıq yardımı rəis müavininə vermək üçün razılaşdıq və sonradan «yalançı» çıxdıq deyə, bu il növbəti dəfə müraciət edəndə, qardaşıma cəmi 14 manat ünvanlı sosial yardım təyin olundu. Bu, bir əlil ailəsini ələ salmaq idi.

- Ünvanlı sosial yardımın miqdarının azlığını nə ilə əsaslandırdılar?

- Dedilər ki, atasının, anasının təqaüdü artıb, ona görə də 14 manatdan artıq yaza bilmərik. Qardaşım anadangəlmə dil qüsurlu əlildir, 3 uşaq saxlayır, nevrozdur, əmək fəaliyyəti ilə məşğul ola bilməz. 95 manatla dolanmaq olar? Atamdan, anamdan çoxdan ayrılıb, ayrıca ailə təsərrüfatı var. Atanın, ananın aldğı təqaüddən qardaşımın ailəsinə nə dəxli var? Əlbəttə ki, bəhanə edirlər.

«ARAYIŞDA ATASI, ANASI DA GÖSTƏRİLİB»

Goranboy rayon Sosial Müdafiə Mərkəzinin rəis müavini Faiq Müslümov isə iddiaları əsassız hesab edir:

- Onlar rayon prokurorluğuna da şikayət ediblər. Araşdırılıb, şikayətləri təsdiqini tapmayıb. Ünvanlı sosial yardım ailə üzvlərinin gəlirləri əsasında hesablanır. Hər bir ailə üzvü üçün illik ehtiyac meyarı nəzərdə tutulur. Ehtiyac meyarı ümumilikdə hesablanır, ailənin gəliri ailə üzvləri arasında bölünür, ehtiyac meyarından neçə manat az qalırsa, o hissə ünvanlı sosial yardım kimi ailəyə verilir. Zaur Bədəlovun ailə tərkibi haqqında təqdim etdiyi arayışda atası, anası da göstərilib. Onların da gəlirləri göstərilib.

- Zaur Bədəlovun ayrıca ailə təsərrüfatı var. Onun valideynlərinin gəlirlərinin ona bir aidiyyəti varmı?

- Əlbəttə var. Ünvanlı sosial yardım üçün müraciət edənin yaşadığı ünvan üzrə verilir. Hesablama aparılarkən ünvanda yaşayan hər bir kəsin gəlirləri nəzərə alınır. Təsərrüfatdan ayrılmasının buna aidiyyəti yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG