Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15
Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoshenko qismən əfv olunması ilə razıdır.Bu barədə müxalifətdə olan Batkivşina partiyasının parlamentdəki fraksiyasının rəhbəri Arseniy Yatsenyuk məlumat verib.O bildirb ki, Timoshenkonun xarcidə müalicə olunması üçün o əfv edilməlidir və bu Avropa Birliyinin tələblərindən biridir.

O həmçinin qeyd edib ki, hələlik hakim regionlar partiyası və ya prezident Viktor Yanukovich tərəfindən bununla bağlı elə bir qanun layihəsi yoxdur.
Bundan əvvəl prezident belə bir qanun layihəsi imzalamağa hazır olduğunu bildirmişdi.

Avropa rəsmiləri bu məsələni Ukraynanın birliklə asosasiv saziş imzalamasında əsas şərtlərdən biri hesab edirlər.

Timoshenko hazırda 7 illik həbs cəzası çəkir.O vəzifədə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Timoshenko ittihamı rədd edir və həbsinin siyasi motivli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG