Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:22

Zakir Həsənov


Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev
Zakir Həsənov

Yeni Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

1993-2003-cü illərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

2003-cü il yanvarın 17-də Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib.
XS
SM
MD
LG