Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

22 ilin 17-si Artur Rasizadənin payına düşür... [inforqrafika]


-
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən bu yana – 22 il ərzində Baş nazir kreslosunda 10 nəfər əyləşib.

Bu 22 ilin 17 ili indiki Baş nazir Artur Rasizadənin payına düşür. O, 1996-ci ildən bəri yalnız 2003-cü ildə 3 aylıq fasilə istisna olmaqla Azərbaycan hökumətinə rəhbərlik edir.


1991-ci ildən 1996-cı ilə qədər – 5 ilə isə Azərbaycanda 7 baş nazir dəyişib. Ölkə müstəqil olandan sonra 1991-ci ildə ilk Baş nazir Həsən Həsənov olub.

Bir il sonra onu Firuz Mustafayev əvəz edib. Amma Firuz Mustafayev cəmi 3 aylığa Baş naziri əvəz edib.

Əli Məsimli də Baş nazir vəzifəsinə rəsmən təsdiqlənməsə də 1993-cü ildə 4 ay müddətinə bu vəzifəni icra edib.

Ümumilikdə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan bu yana (Sovet hakimiyyəti illəri də daxil olmaql, 1991-ci ildə ölkə müstəqilliyinin qazanana qədər) Azərbaycanda hökumət başında olanlar aşağıdakılardır:

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
Adı Vəzifəyə gəlib Vəzifədən gedib
Fətəli xan Xoyski 28 may 1918 14 aprel 1919
Nəsib bəy Yusifbəyli 14 aprel 1919 30 mart 1920
Məmmədhəsən Hacınski (İcra edən) 30 mart 1920 28 aprel 1920


Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)

Xalq Komissarları Sovetinin Sədrləri (1920-1946)
Adı Vəzifəyə gəlib Vəzifədən gedib
Nəriman Nərimanov 28 aprel 1920 6 may 1922
Qəzənfər Musabəyov 6 may 1922 14 mart 1930
Dadaş Bünyadzadə 14 mart 1930 23 oktyabr 1932
Mircəfər Bağırov 23 oktyabr 1932 12 dekabr 1933
Hüseyn Rəhmanov 12 dekabr 1933 22 avqust 1937
Teymur Quliyev 22 avqust 1937 28 mart 1946


Nazirlər Sovetinin Sədrləri (1946-1991)
Adı Vəzifəyə gəlib Vəzifədən gedib
Teymur Quliyev 28 mart 1946 6 aprel 1953
Mircəfər Bağırov 6 aprel 1953 20 iyul 1953
Teymur Quliyev 20 iyul 1953 1 mart 1954
Sadıq Rəhimov 1 mart 1954 8 iyul 1958
Vəli Axundov 8 iyul 1958 10 iyul 1959
Məmməd İsgəndərov 10 iyul 1959 29 dekabr 1961
Ənvər Əlixanov 29 dekabr 1961 10 aprel 1970
Əli İbrahimov 10 aprel 1970 22 yanvar 1981
Həsən Seyidov 22 yanvar 1981 27 yanvar 1989
Ayaz Mütəllibov 27 yanvar 1989 26 yanvar 1990
Həsən Seyidov 26 yanvar 1990 7 fevral 1991

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG