Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:14

Bakıda 3 sənət növünü birləşdirən sərgi açılacaq


Xəttatlıq
Xəttatlıq
-
Oktyabrın 23-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində “Xəttatlıq, miniatür və keramika” sərgisinin açılış mərasimi olacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə mərkəzdən bildiriblər ki, ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri – Gülhan Bəydəmir, Ayşe Betül ÖzeyÖzgün Fəridə Özganın əsərləri nümayiş olunacaq.
Sərgi noyabrın 3-dək davam edəcək.

Xatırladaq ki, Gülhan Bəydəmir Şamaxıda doğulub.

Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə, daha sonra xəttatlıqla məşğul olub.

1995-ci ildən Türkiyədə yaşayır.

2006-cı ildə Bakıda ilk fərdi xətt sərgisi açılıb.

2008-ci ildə “Yeni Gallery”də fərdi xətt sərgisi keçirilib.

Bu sahədə çalışan gənc Türkiyə rəssamları ilə (Ayşe Betül Özey çini ustasıdır, Özgün Fəridə Özgan miniatürçü rəssam) açılacaq sərgi rəssamın vətəndə düzənlənən 3-cü sərgisidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG