Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09

Amnesty International ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatları pisləyib


Amnesty International logo in English

Amnesty International logo in English

Amnesty International təşkilatının yeni hesabatında bildirilir ki, ABŞ-ın pilotsuz təyyarələrinin Pakistanda keçirdiyi bir sıra əməliyyatlara hərbi cinayət kimi baxmaq olar.Hesabatda Vaşinqtonun bu cür zərbələrlə qanunsuz qətllər törətdiyi bildirilir.

Təşkilatın Pakistan üzrə tədqiqatçısı Mustafa Qadri Vaşinqtonu bü cür əməliyyatlar barədə düzgün məlumat verməyə və buna görə cavabdehlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.

ABŞ isə bu əməliyyatların terrorçu və üsyançı qruplara qarşı mübarizədə effektli və onların məhdud olduğunu deyir.

Təşkilatın sözçüsü Olof Blomqvist isə deyir ki, onların araşdırması göstərir ki, bir çox bu cür əməliyyatlarda əsasən dinc sakinlər ölüb.İnsan haqları fəalları hesab edir ki, 2004-cü ildən bu yana pilotsuz təyyarələrin keçirdiyi 300-dən çox əməliyyat nəticəsində yaraqlılar da daxil olmaqla 2 minədək adam ölüb.

ABŞ bu əməliyyatları 2003-cü ildən keçirir və məqsəd Şimali Vəziristan əyalətindəki talibançılar və əl qaidəçiləri zərərsizləşdirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG