Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:52
-
Fyodor Bondarçukun çəkdiyi «Stalinqrad» filmi oktyabrda Rusiya kino-teatrlarında göstəriləndən bəri rekordlar qırır.

Film Bakıda da nümayiş etdirilir.

Bu ekran əsəri «Ən yaxşı xarici film» nominasiyasında «Oscar»a təqdim olunub.
«Stalinqrad» IMAX 3D formatında çəkilən ilk rus filmidir.

Fyodor Bondarçuk Rusiyanın kino tarixində ilk iriçaplı film çəkmək arzusunu bu filmlə gerçəkləşdirib.

Rus mediasının yazdığına görə, 1942-ci il Stalinqrad döyüşünü canlandıran film Rusiya prokatında lider sayılır.

Təkcə oktyabrın 17-dən 20-dək film təxminən 12 milyon dollar gəlir gətirib.

Çoxsaylı çəkiliş heyətinin cəlb olunduğu bu filmin büdcəsi 40 milyon dollar civarındadır.
Fyodor Bondarçuk

Fyodor Bondarçuk


İki saatdan çox sürən filmin musiqisi tanınmış amerikalı kino bəstəçisi və pianoçu Angelo Badalamenti-yə məxsusdur.

Stalinqrad döyüşü (1942 çi il avqustun 21-dən 1943-cü il fevralın 2-dək) «Tarixin ən uzun və ən qanlı döyüşü» kimi xatırlanır.

199 gün davam edən və milyon yarımdan çox itkiyə başa gələn döyüş sonda rusların (sovet xalqının) qələbəsi ilə bitib.

Döyüşdə feldmarşal Friedrich Paulus başda olmaqla 6-cı alman ordusu (91 min nəfər) əsir alınıb.

Stalinqrad döyüşünə azərbaycanlılar da qatılıblar.

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da bu döyüşdə vuruşub.

Onun başçılığı ilə 55-ci tank briqadasının tankçıları faşistlərə ağır zərbələr endiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG