Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:06

2 min müəssisədə bir müfəttişin qoruduğu əmək hüquqları


«Bos Shelf» şirkətində çalışan fəhlələrin tətili.
«Bos Shelf» şirkətində çalışan fəhlələrin tətili.

-
51 yaşlı Oqtay Qənbərov 2012-ci ildə Qaz İxrac İdarəsindən əmək müqaviləsinin müddəalarını yerinə yetirə bilmədiyinə görə işdən çıxarıldığını deyir. Ancaq o, işdən çıxarılmasının əsl səbəbini Qaz İstismarı Sahəsinin baş mühəndisi ilə iş vaxtından kənarda mübahisədə görür. Hacıqabul Məhkəməsi onun günahsız olması barədə qərar qəbul edib. Apellyasiya Məhkəməsi də xeyrinə qərar çıxarıb. Bu ilin iyununda Ali Məhkəmə həmin qərarı təsdiqləyib:


«Hacıqabul Magistral Qaz Kəmərləri İdarəsi Qaz İxrac İdarəsinə verilib. Bununla bağlı Neft Şirkətinin 5 saylı əmri var. Bununla da varislik hüququ yeni müəssisəyə keçir və varis kimi həmin müəssisə bizi işə qəbul etməlidir. Məhkəmənin qərarı yerinə yetirilmir, varis oyunu oynayırlar. O atır bunun üstünə, bu da atır onun üstünə».


Oqtay Qəmbərov 1 il 6 aydır işsiz olduğunu, 4 nəfərlik ailəsini saxlamağın çətinliyindən danışır. Rəsmilər ona Əmək Məcəlləsinin şərtlərinin fəhlə üçün xeyli yumşaq olduğunu da deyirlər.

«MƏHKƏMƏDƏ BAXILIR, BAŞQA ŞEY DEYƏ BİLMƏRƏM»

Qaz İxrac İdarəsinin hüquqşünası Rəşid Hüseynov AzadlıqRadiosuna deyir ki, məsələyə hələ məhkəmədə baxıldığından əlavə şərh verə bilməz.

Xüsusi reportaj - 22 oktyabr 2013

Canlı müzakirə

Bu ilin martında «Bos Shelf» şirkətində çalışan fəhlələr işlərini dayandırıb tətil elan etdilər. Səbəb əmək haqlarının azlığı və tibbi sığortanın olmaması idi.

Həmin tətilin fəallarından olan, ancaq adının çəkilməsini istəməyən bir mühəndis tətildən sonra özünün və bir neçə nəfərin işdən çıxarıldığını deyir:

«Bos Shelf» şirkətinin Azad Həmkarlar İttifaqının sədri Allahyar Eyyubov bir müddət sonra AzadlıqRadiosuna deyirdi ki, işçilərin tələbləri, qismən də olsa, yerinə yetirilib. Hələlik maaşlar artırılmasa da, maaş fərqi və əcnəbi işçilərin rəftarı ilə bağlı iradlar həllini tapıb. O, bəzi adamların işdən uzaqlaşdırıldığını təsdiqləyib, ancaq şirkətin sərt tələbkarlığına, iş rejiminə uyğun gəlməyən 3-4 məsul şəxsin ordan getdiyini deyib.

ƏN ÇOX POZULAN ƏMƏK HÜQUQU

Əmək Məcəlləsi işçi üçün hansı hüquqlar nəzərdə tutur və onlardan ən çox pozulanları hansılardır?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev bəzi müəssisələrdə qanunvericiliyin ən böyük qanun pozuntusu kimi müddətli əmək müqaviləsinin imzalamasını göstərir:

Əmək Məcəlləsinin daha bir pozuntusu isə ixtisarların aparılmasıdır. Belə ki, Azər Quliyevin dediyinə görə, ixtisar Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə, əsaslandırılmış əmrlə, işçinin peşəkarlığı, biliyi nəzərə alınmaqla aparılmalıdır.

Əmək xəsarətlərinin qeydə alınmaması, əksər hallarda gizlədilməsi işçilərin əmək hüquqlarının pozuntularından biridir. Üstəlik, 2012-ci ildə Dövlət Neft Şirkətində mühəndis-texniki işçilərin maaşları 52 faiz artsa da, xəsarət alanların kompensasiyası artmayıb. Əməkhaqqının azlığından dolayı işçi 8 saatlıq iş günündən artıq işləməyə üstünlük verir.

Bu ilin martında Qəbələdə keçirilən etiraz aksiyasında da fəhlələr 8 saatlıq iş tələbini qaldırırdılar.

Fəhlələrin dediklərindən: «İşçilər 8 saatlıq iş rejimi ilə təmin olunsunlar. Burada heç kim 12 saatdan az işləmir. Biz quluq, yoxsa nəyik? Hamı 12 saat işləyir. Bu qanun hansı dövlətdə qəbul olunub?

Məhərrəm Məhərov
Məhərrəm Məhərov

Əmək müqaviləsi bağlansın, əmək haqları dəqiqləşdirilsin və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial müavinətlər verilsin. Heç kimdə əmək müqaviləsi yoxdur. Haqqını tələb edən də işdən qovulur».

ƏMƏK MÜFƏTTİŞLİYİ DƏ POZULAN HÜQUQLARI SADALAYIR

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov AzadlıqRadiosuna müsahibəsində Əmək Məcəlləsinin pozulduğu üzə çıxarılan müddəalarını sadalayır:


«Əsasən əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməməsidir. Məzuniyyətlərin vaxtında verilməməsi, ya ümumiyyətlə verilməməsidir. Bundan başqa, fəaliyyəti dayanmış və ya az fəaliyyət göstərən müəssisələrdə xəsarət almış işçilərə kompensasiyaların ödənilməməsi. Bu ilin 9 ayı ərzində 7 min 152 işəgötürənə nəzarəti həyata keçirmişik. 2 min 769 şikayət və ərizə araşdırılıb».


Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov bundan əvvəlki müsahibələrində AzadlıqRadiosuna deyirdi ki, ölkə üzrə 400 minə yaxın işəgötürən, 210 əmək müfəttişi var. Yəni, bütün işəgötürənlərin daim nəzarətdə saxlanması mümkünsüzdür.

XS
SM
MD
LG