Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25
.
Oktyabrın 22-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

Milli Məclis Artur Rasizadəni Azərbaycanın baş naziri postuna təsdiqləyib.

«PARLAMENT RUSİYA DÖVLƏT DUMASINA MÜRACİƏT ETMƏLİDİR»

Bunu deputat Sabir Rüstəmxanlı «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat daha sonra azərbaycanlı məmurların Qərb əleyhinə çıxışlarına toxunub:

«Dövlət məmurları Avropa ilə bu dildə danışa bilməz. Deyirlər Avropa bizə nə verib. Avropa bizə nə verməlidir. Səni dövlət kimi tanıyıb. Biz bütün dünya ilə özümüzü niyə düşmən edirik. Ya bu məmurlar yerində deyil, ya da danışa bilmirlər. Onların dedikləri prezidentə də problermlər yaradır».

Sabir Rüstəmxanlı Rusiyadakı «Milyarderlər İttifaqı»na da müraciət edib:

«Siz öz biznesinizlə bağlı Putinlə görüşürsüz, bununla bağlı fotolarınız yayılır. Niyə Moskvada baş verən hadisələrlə bağlı Putinlə görüşüb ona demirsiniz ki, bu bizim millətdir».

Milli Məclisin deputatı Fəzail Ağamalı da Rusiyadakı azərbaycanlıların qorunmasının vacib olduğunu bildirib.

«ŞOU YARATMAĞA EHTİYAC YOXDUR»

Qənirə Paşayeva

Qənirə Paşayeva

Milli Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva Orxan Zeynalov məsələsi haqda danışıb.
«Bu cür hadisələr dünyanın hər yerində olub. Bunu bir millətin adına yazıb, şou yaratmağa ehtiyac yoxdur. Dumada bəziləri vizadan danışır, Azərbaycanı qorxutmağa yönələn çıxışlar edirlər. Kimlərinsə siyasi şou düzəldilməsinə imkan verilməməlidir. Parlamentin dostluq qrupu bu məsələlərlə bağlı Duma deputatlarına müraciət etməlidir, səfərlər olmalıdır».
Oqtay Əsədov isə Qənirə Paşayevaya müraciət edərək bildirdi ki, bu məsələ ilə bağlı artıq parlament dostluq qrupu məşğuldur və iş gedir:
«Biz başqa məsələdən danışırıq .Xahiş edirəm gündəlikdə olan məsələlərdən danışaq, başqa məsələrlə bağlı polemika açmayaq».

İDMAN MƏRC OYUNLARI MÜZAKİRƏ EDİLİB
Milli Məclis «Bədən tərbiyəsi və idman haqqında» qanuna əlavə və dəyişiklikləri müzakirə edib. İdman mərc oyunlarına edilən dəyişikliklər haqqında məlumat verən deputat Hadı Rəcəbli bildirdi ki, yeni dəyişikliyə görə idman mərc oyunları qanunvericilikdə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçiriləcək.
Fazil Mustafa bildirib ki, operator institutunun yaradılması ilə bağlı qanuna əlavə edilən dəyişiklik qayda-qanuna əməl olunması baxımından yaxşı olsa da hər addımda
18-dan yuxarı yaş həddi qadağası qeyd edilməlidir:
«18 yaşa qədər gənclərin bu oyunlara cəlb olunmasının qarşısı alınmalıdır».
Müzakirədən sonra qanuna dəyişikliklər qəbul edilib.

QÜDRƏT HƏSƏNQULİYEV: “HAKİM GEDİB HANSISA SAHƏDƏ YOXLAMA APARMAMALIDIR
Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

Bunu “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
“Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırıb deyirik ki, get işini təkmilləşdirilməsi sahəsində işlə.
Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq göstərilib. Burada göstərilir ki, hakim cinayətə yol verən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər. Hakim məhkəmədə iş aparmalıdır, gedib hansısa sahədə yoxlama aparmamalıdır. Məhkəmə Hüquq Şurada hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Konstitusiyaya görə, hakimiyyət bölgüsü müəyyən edilib. Əgər məhkəmə hakimiyyəti müstəqildirsə, onda bu qurumun sədrinin hökumətin nümayəndəsinin olması ciddi sual doğurur. Biz bu məsələni həll etməliyik. Mən hesab edirəm ki, bu dəyişiklik Konstitusiya ziddir. Çoxluq nə qərar verəcəksə öz işidir”.
SİYAVUŞ NOVRUZOV: "SEÇİLƏNDƏ ÖZLƏRİNİ İMAM BALASI KİMİ APARIRLAR, AMMA...”
Siyavuş Novruzov son zamanlar Məhkəmə Hüquq Şurasının fəaliyyətini, gördüyü işləri müsbət qiymətləndirib.
Siyavuş Novruzov

Siyavuş Novruzov

“Hakimlərin seçilməsi prosesi şəffaf gedir. Ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçir. Prosedura şəffaf şəkildə keçir. Eləki hakimlər gedib çatırlar məhkəməyə keçirlər qoca qurdların əlinə. Onlara elə dərs keçirlər ki, Məhkəmə hüquq Şurasının keçdiyi dərs yaddan çıxır. Biz burada onların seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki, vəzifəyə keçdilər düşürlər camaatın canına”.
Siyavuş Novruzov daha sonra məhkəmə qərarlarının icrası məsələsinə toxunub. “Bu da lap BMT-nin qətnamələrinə oxşayır. Burda da məhkəmə qərarının icrası sərf eləmədi deyir icra edə bilmirəm. Elə ki, yanından keçirsən, dərhal icra edilər. Fikrimcə, Məhkəmə Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən deputat həmkarlarımı qanunu dəstəkləməyə səsləyirəm. Mən ordakı insanları insaflı olmağa çağırıram, insafı birinci yerə qoyun”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG