Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32
.
Milli Məclis Artur Rasizadəni Azərbaycanın baş naziri postuna təsdiqləyib.
Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat göndərib.
Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rasizədənin təqdimatını verib.
Oqtay Əsədov deyib ki, biz hamımız Artur Rəsizadəni yaxşı tanıyırıq. Ona görə müzakirəyə ehtiyac yoxdur.
Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.
Milli Məclis adından ilham Əliyevə təbrik məktubu göndərildi.
*
Azərbaycanda yaşına və vəzifə kreslosunda oturduğu illərin sayına görə rekordçu elə Baş nazir Artur Rasizadənin özü sayıla bilər. 78 yaşlı Artur Rasizadə artıq 17 ildir ki, hökumətə rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG