Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:54

Nobel mükafatlı yazıçı xəstəxanaya düşdü


Herta Müller, 2009
Herta Müller, 2009
-

Nobel mükafatlı alman yazıçısı Herta Müller təcili əməliyyat üçün xəstəxanaya yerləşdirilib.

Səbəb mədə xorası xəstəliyinin ağırlaşmasıdır.

60 yaşlı yazar yaxın günlərdə Berndə qatılacağı kitab qiraəti tədbirini də, ümumiyyətlə bu ilə nəzərdə tutulan bütün tədbirlərdə iştirakını da ləğv edib.

Alman mediası konkret olaraq söhbətin mədə xorasının perforasiyasından (deşilməsindən) getdiyini yazır. Bu halda mədənin, yaxud onikibarmaq bağırsağın içindəkilər xora deşiyindən qarın boşluğuna tökülür.

Xəstəni yalnız cərrahi əməliyyatla xilas etmək olar. Çünki qarın boşluğuna çoxlu bakteriyalar keçmiş olur. Bu həm də dəhşətli ağrılar doğurur.

H.Müllerin əsərlərini çap edən “Hanser Verlag” nəşriyyatının sözçüsü Christina Knecht deyib ki, xəstəxanaya düşən yazıçının səhhəti tədricən normallaşır.

Əslən Rumıniyadan olan, 1987-ci ildən Berlində yaşayan H.Müller 2009-cu ildə Nobel mükafatı qazanandan sonra dünya boyu müxtəlif tədbirlərdə iştirak edir, öz kitablarını təbliğ edir, müxtəlif universitetlərdə, kitab yarmarkalarında çıxış edir, müsahibələr, avtoritar rejimlərə qarşı bəyanatlar verirdi.

Yazıçının 85 yaşlı anası Catarina Müller də Berlində yaşayır. O, alman mətbuatına deyib ki, Nobel alandan sonra qızı istirahətinə vaxt ayırmırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG