Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

“Pokrovski” meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlılar yeni bazara köçürülüb


Foto arxiv
Foto arxiv
Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən “Pokrovski” meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir.

Bu barədə APA-ya Rusiyada yaşayan azərbaycanlı iş adamı məlum verib.O qeyd edib ki, Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində “Cənub qapısı” deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olmasına hər bir şərait yaradılıb.

Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrovski” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb.Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrovski” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb.

Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

“Pokrovski” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
XS
SM
MD
LG