Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

Rusiyadakı partlayışı 30 yaşlı Naida Asiyalovanın törətdiyi bildirilir


Volqoqradda partlayış

Volqoqradda partlayış

Volqoqradda sərnişin avtobusunu intiharçı qadın törədib.Hüquq mühavizə orqanları onun əslən Dağıstandan olan 30 yaşlı Naida Asiyalova olduğunu deyirər.

Dağıstan hüquq-mühavizə orqanlarının bundan əvvəl verdiyi məlumata görə o Mahaçqaladakı silahlı qrupun rəhbəri Dimitry Sokolovun həyat yoldaşı ola bilər.Məlumatlara görə onlar Moskvada bir yerdə oxuyublarmış.Sonradan Sokolov onunla birlikdə Dağıstana gedib və yaraqlılara qoşulub.

Rusiya istintaq komitəsinin nümayəndəsi Vladimir Markinin sözlərinə görə qadın dayanacaqlardan birində avtobusa giri və demək olar ki, o dəqiqə də partlayış baş verib.Markin terrorçuluqla bağlı cinayət işi açıldığını deyir.

Son məlumata görə, partlayış nıəticəsində azı 5 nəfər ölüb, 32 adam yaralanıb.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bundan əvvəl partlayanın maşındakı qaz balonu olduğöu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG