Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:55

Ermənistanda yazıçılar birliyinə sədr seçkisində qalmaqal (Video)


-

“Yazıçılar Birliyi ölməlidir, yeni sədrin seçilməsi heç nəyi dəyişməyəcək. Hələ ölməsə də, xırıltısı eşidilir. Ölürsən öl də, xıırıldamaq nəyə lazım”.


Oktyabın 20-də Ermənistan Yazıçılar Birliyinin (EYB) növbədənkənar qurultayı keçirilib. Gündəlikdə bircə məsələ olub – yeni sədrin seçilməsi.

Amma qurultayda xoşagəlməz insidentlər yaşanlb – diasporu təmsil edən yazıçıların səsvermə hüququ ilə bağlı.

Bəzi qurultay iştirakçıları başqa ölkələrdə yaşayan erməni yazıçılarının Ermənistandakı Yazıçılar Birliyinin sədrinin seçilməsinə qatılmasının əleyhinə çıxıblar. (ardı aşağıda)

Amma sədr seçkisi axırda baş tutub. EYB-nin yeni sədri Eduard Militonyan seçilib. Ovik Ovenyan ondan xeyli az səs toplasa da, 100 qurultay iştirakçısının dəstəyini qazana bilib.

Yazıçılar Birliyinin keçmiş sədri Levon Ananyan bu yaxınlarda vəfat edib.
Yeni sədr Militonyan şair və nasirdir. Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Ermənistan radiosunun rəhbəri, Ermənistan Müdafiə Nazirliyinin informasiya və təbliğat idarəsinin rəisi vəzfiələrində çalışıb.
Eduard Militonyan
Eduard Militonyan

1999-cu ildən Ermənistan Mədəniyyət və Gənclər Nazirliyində nəşriyyat işi üzrə agentliyin rəhbəridir.

29 kitabın müəllifidir.

Azərbaycan oxucusuna Azadlıq Radiosunun “Oxu zalı”nda çap edilmiş “Kirvə” hekayəsindən tanış olan, vaxtilə ölkəsində bu hekayəyə görə “azərbaycanyönümlü” olmaqda ittiham edilmiş Levon Cavaxyan isə sədr seçkilərini erməni mətbuatına açıqlamasında sərt tənqid edib:

“Ermənistan Yazıçılar Birliyi ölməlidir, yeni sədrin seçilməsi heç nəyi dəyişməyəcək. Hələ ölməsə də, xırıltısı eşidilir. Ölürsən öl də, xıırıldamaq nəyə lazım”.

Cavaxyan deyib ki, yazıçılar birliyi bir cəhənnəmə çevrilib, qır qazanı olmasa da, hamı gözləyir ki, kimsə getsin, ya da ölsün, o da həmin kreslonu ələ keçirmək istəyini həyata keçirsin.
Levon Cavaxyan
Levon Cavaxyan

"Məncə, yazıçılar birliyindəki sədr vəzifəsi nəhs, ölüm gətirən bir kreslodur. Yazıçılar Birliyində yaradıcı ovqat yoxdur, yalnız sümük var, onun üstündə də dava gedir. Təklif edirəm ki, Yazıçılar Birliyi buraxılsın, sümükdən xilas olsunlar, birliyin nəyi var satılsın, qardaş və bacılara paylansın”.

Cavaxyanın sözlərinə görə, erməni yazıçıları oxucu azlığından gileylənir, amma özlərinə sual vermirlər ki, “biz onlar üçün nə yazırıq?”

“Yazıçılar Birliyindəkilər öz ata-babaları kimi yazırlar, yeni dövrün havasını hiss etmirlər. Yazıçılar Birliyinə girirsən, elə bil Misir mavzoleyidir. Ondansa baxsınlar ki, xalq nəylə nəfəs alır, həyatın yönü haradır”.

Bir neçə il əvvəl EYB-dən getmiş Cavaxyana görə yazıçılar birliyi öz üzvlərinə və xalqa yox, yalnız öz sədrinə xidmət edir.

oxuzalı.az
"Regnum" agentliyi və erməni mətbuatına istinadla
XS
SM
MD
LG