Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

«Naxçıvanda iribuynuzlu qaramalın sayı artır...»


Arxiv foto
Arxiv foto
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» - 19.10.2013

2013-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...2013-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 6043 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 4846 baş sağlam buzov alınmışdır.

Ötən dövr ərzində muxtar respublikaya 337 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.

1 oktyabr 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 108 min 118 baş, qoyun və keçilərin sayı isə 657 min 97 baş olmuşdur ki, bu da 1 oktyabr 2012-ci il tarixə olan göstəriciləri hər iki halda 1,7 faiz üstələmişdir.

Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin edir. 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 14686,7 ton ət, 66262,1 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,5 faiz çoxdur.

Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlərə uyğun olaraq, cari ilin ötən dövrü ərzində 7 yeni quşçuluq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılmış, hazırda 11 quşçuluq təsərrüfatının yaradılması və 2 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
XS
SM
MD
LG