Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Avropa parlamentinin üzvləri Timoshenkoya görə Ukraynaya gediblər


Ukraine -- Viktor Yanukovych met with Aleksander Kwasniewski and Pat Cox
Ukraine -- Viktor Yanukovych met with Aleksander Kwasniewski and Pat Cox
Avropa Birliyinin xarici işlər nazirləri Lüksemburqda qarşıdan gələn Şərq Tərəfdaşlıq sammitinə hazırlıq məsələsini müzakirə edirblər. Sammit noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.

Lüksemburq görüşündə əsas diqqət Avropa Birliyi ilə asosasiv saziş və azad ticarət müqaviləsi imzalamaq istəyən Ukrayna olub.Nazirlər hesab edirlər ki, Ukrayna həl ki, bir sıra şərtləri tam yerinə yetirməyib.Bu məsələlərdən biri də keçmiş baş nazir Yuliya Timoshenkonun hələ də həbsdə qalmasıdır.Qərb onun həbsini siyasi motivli sayır.

Avropa Parlamentinin üzvləri Aleksandr Kvasnevsky ilə Pet Koks bazar ertəsi Timoshenko məsələsinə görə Ukraynaya ikigünlük səfərə yollanıblar.Onlar prezident Viktor Yanukovichlə görüşəcəklər.

Litvanın xarici işlər naziri Linas Linkevicus bütün şərtlərin yerinə yetiriləcəyi və Kiyevlə belə bir razılaşma imzalanacağına ümidlə yanaşdığını deyib.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında məqsəd keçmiş Sovet respublikalarını qərb qurumlarına cəlb etmıkdir.
XS
SM
MD
LG