Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

Sumqayıtda malı yanan sahibkarlar kompensasiya istəyirlər


Yanmış "Karvan"dan geriyə qalanlar
Gözlə

No media source currently available

0:00 0:06:42 0:00

Yanmış «Karvan»dan geriyə qalanlar

-
Sumqayıtda yanmış «Karvan» Ticarət Mərkəzinin sahibkarları oktyabrın 21-də icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər.

Sahibkarlar dəymiş ziyana görə kompensasiya tələb ediblər.

Aksiyaçılara oktyabrın 22-də icra hakimiyyəti nümayəndələri ilə görüş təyin ediblər.

«Karvan» Ticarət Mərkəzində yanğın oktyabrın 19-da olub. Yanğın zamanı 16 nəfər tüstüdən zəhərlənib.

Yanğın nəticəsində ticarət mərkəzinin 23 min 700 kv.m sahəsi yanıb.

Mərkəzin ümumi sahəsi 35-40 min kvadratmetrdir.

Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinə saat 19:25-də daxil olub.

Yanğın saat 01:30-da söndürülüb.
XS
SM
MD
LG