Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Bakıda tələbələr yazılı imtahana qarşı aksiya keçiriblər


Foto: Müsavat

Foto: Müsavat

-
Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov aksiya keçirən tələbələrin qarşısına çıxıb.

Deyib ki, imtahanların yazılı ya da testlə keçirilməsi təsdiqlənməyib. Ancaq test qalacaq.

Bundan sonra aksiyaçı tələbələr dağılışıb.

YAZILI İMTAHANA ETİRAZ

Oktyabrın 21-də Azərbaycan Pedaqoji Universitetin 300-ə yaxın tələbəsi etiraz aksiyasına başlayıb.

Universitetin həyətinə yığışan gənclər onlardan yazılı imtahan götürülməsinə etiraz edirlər. Deyirlər ki, bundan əvvəl testlə imtahan veriblər. Yazılı imtahan isə rüşvətə yol açır.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin məlumatına görə, hazırda rektor toplantı keçirir.

Ətrafda polis yoxdur, ancaq universitetin mühafizəçiləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG