Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

London: Azərbaycanəsilli terror şübhəlisi azad edildi


Foto: Arxiv
Foto: Arxiv
-
Britaniya polisi – Skotland Yarddan alınmış xəbərdə deyilir ki, ötən həftəsonu Londonun mərkəzində həbs edilmiş dörd terror şübhəlisindən ikisi dindirmədən sonra heç bir ittiham irəli sürülmədən buraxılıblar.

Biri əslən Azərbaycandan, digəri Pakistandan olan şübhəlilərin hər ikisinin Britaniya vətəndaşı olduğu bildirilir.

Saxlanan o biri iki şübhəliyə, Britaniya vətəndaşları olan türkə və əlcəzarliyə qarşı ölkənin 2000 və 2006-cı il tarixli Terrorizm Qanunlarının 5 və 58-ci hissələrinə əsasən, rəsmi ittiham irəli sürülüb.

Bu iki nəfər Londonun izdihamlı Tauer Körpüsü yaxınlığında maşınlarının təkərləri snayper tərəfindən partladıldıqdan sonra həbs edilmişdi.

Onlar bu gün – oktyabrın 21-də Vestminister rayon məhkəməsinin qarşısına çıxarılmalıdırlar.

Bu şəxslərin istintaqı üçün polis məhkəmədən əlavə vaxt isytəmişdi.

Türkəsilli şübhəli başqası tərəfindən həyata keçirilməsi planlaşdırılan terror aktına hazırlığın təşkilində günahlandırılır.

Əlcazairəsilli şübhəli isə qanunsuz məqsədlərlə saxta kimlikdən istifadəyə görə ittiham olunur.

Polisin verdiyi yığcam məlumatdan belə anlaşılır ki, bu iki şəxs başqalarının törətməli olduğu terror aksiyasına hazırlıq görürmüş.

Britaniya qanunlarına görə, şübhəli qismində saxlanmış şəxsin günahı sübuta yetirilməyincə onun adı açıqlanmır.

Başqa sözlə, azad olunmuş azərbaycanlının da adı sirr olaraq qalacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG