Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

İsmayıllı məhkəməsinin vaxtı bilindi


İsmayıllıda etirazlar, 25 yanvar 2013
İsmayıllıda etirazlar, 25 yanvar 2013
-
İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Məhkəmə prosesi noyabrın 4-də keçiriləcək.

Prosesə hakim Rəşid Hüseynov sədrlik edəcək.

Bu haqda AzadlıqRadiosuna bu işdə vəkil olan Nizami Abbasov məlumat verib.

İsmayıllı hadisələri bu il yanvarın 23-24-də olub. Həmin vaxt İsmayıllıdakı «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Sonradan insident genişlənib, «Çıraq» oteli və bir neçə maşın yandırılıb. Daha sonra icra başçısı Nizami Ələkbərovun istefası tələb olunub.

Hadisələrlə bağlı 18 nəfər həbs olunub.
XS
SM
MD
LG