Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

Xalq Artisti Ramiz Məlikin yubiley tədbiri keçirilib


-
Ramiz Məlik

Ramiz Məlik

Akademik Milli Dram Teatrında görkəmli səhnə ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Ramiz Məlikin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yubiley gecəsində qısa rəsmi hissədən sonra aktyorun öz istəyi ilə “Qoca kloun tələb olunur” tamaşası nümayiş olunub.

Rumın dramaturq Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış “Qoca kloun tələb olunur” tamaşasında Akademik Milli Dram Teatrının qocaman sənətkarları-- Xalq Artistləri Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov və Əməkdar Artist İlham Hüseynov çıxış edirlər.

Yığcamlığı ilə seçilən tamaşanın (95 dəqiqə) süjeti verilən elana görə iş tapmaq üçün gəlmiş 3 klounun bir az şən, bir az kədərli, bir az da amansız, nostalji dolu söhbətləri üzərində qurulub.

Qocalmış, tükənmiş, peşəkar vərdişlərini itirmiş, amma səhnə sevgisini hələ də qəlblərində daşıyan klounlar tamaşa boyu keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG