Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:36
-
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası qəbul edib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Yunanıstan teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Akademik Milli Dram Teatrının direktoru İ. İsrafilov teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, teatr sənətinin vətəni sayılan Yunanıstanın
teatrları ilə daha sıx yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib.

O, Azərbaycan-Yunanıstan teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, rejissor mübadiləsinin, Azərbaycan dramaturqlarının əsərlərinin Yunanıstan teatrlarında səhnəyə qoyulmasının, həmçinin milli səhnədə klassik və müasir yunan dramaturgiyası nümunələrinin təcəssümünün, müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Yunanıstan səfiri görüşdən məmnun qaldığını və Azərbaycan-Yunanıstan teatr münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə konkret əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıb.

Görüşdə teatr rejissoru Teodoros Terzopulosun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması məsələsinin detalları müzakirə olunub.

Razılaşmaya əsasən, növbəti mövsümdə Teodoros Terzopulos Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlayacaq.

Xatırladq ki, Teodoros Terzopulos Avropanın ən məşhur rejissorlarından sayılır.

O, 1985-ci ildə Afinada Attis teatrı yaradıb və antik yunan teatrına həsr olunmuş festivallar qurub.

1990-cı ildən yaratdığı Aralıq Dənizi Ölkələri Teatrlarının Beynəlxalq İnstitutunun və 1993-cü ildən Beynəlxalq Teatr Olimpiadası Komitəsinin prezidentidir.

Dünyanın müxtəlif ölkələrində tamaşalar qoyub və saysız mükafatlar qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG