Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:28

Avstraliya hakimiyyət orqanları meşə yanğınlarından narahatdırlar


Avstraliyanın hakimiyyət orqanları New Southwest əyalətindəki üç müxtəlif bölgədə davam edən meşə yanğınlarının birləşməsindən narahat olduqlarını bildiriblər.

Yanğın birləşsə kilometrlərlə yayıla bilər. Meşə yanğını ilə bağlı əyalətdə fövqəladə vəziyyət elan olunub.

Havanın tempraturunun artması və yanğınların güclü küləyin təsiri ilə genişlənəcəyi ehtimalına görə belə qərar verilib.

İndiyə qədər bölgədə 200-dən çox ev yanıb kül olub.

Avstraliya rəsmiləri deyib ki, son 40 ildə belə hadisə olmayıb.

Meşə yanğınları nəticəsində yüzlərlə adam evsiz qalıb. Bir nəfər ölüb.

Son bir neçə gün ərzində əyalətdə 37 min hektar meşə yanıb.

15 müxtəlif nöqtədə davam edən yanğınlar hələ nəzarət altına alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG