Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

İctimai Televiziyanın “Junior Eurovision” mahnı müsabiqəsində iştirakı təsdiqlənib



İctimai Televiziya və Radio Yayımları Şirkətinin noyabrın 30-da Kiyevdə keçiriləcək “Junior Eurovision” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr keçirib. Dinləmələrə 10-15 yaş arası 100-dən çox uşaq qatılıb. Uşaqların yarışmasında iştirak edəcək təmsilçi və mahnı ilə bağlı məlumat bir müddət sonra açıqlanacaq.

Azərbaycan “Junior Eurovision” müsabiqəsində ilk dəfə 2012-ci ildə iştirak edib. Həmin vaxt Azərbaycan təmsilçisi 11-ci yeri tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG