Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

«Bakı 2015 Avropa Oyunları»na 600 gün qaldı


.
Oktyabrın 20-də Azərbaycan paytaxtı Avropa Oyunlarının 2015-ci il iyunun 12 –də Bakıda keçiriləcək açılış mərasiminə qalan 600 günü qeyd edərək ilk vaxt hesablanmasına başlayır.

Bu haqda rəsmi www.baku2015.com məlumat verib.

Məlumatda deyilir ki, Avropa Oyunları Avropanın 49 milli Olimpiya dövlətindən olan elit atletlər üçün çox idman növlü tədbirdir. Dörd ildə bir dəfə keçirilir. Bu Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur.

"Bakı-2015" Avropa Oyunlarında ümumilikdə 18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilir.

“Yarışları qəbul edən şəhərin hazırlıq işləri “Bakı-2015” Oyunları üçün 21 stadion və qurğuların əksər hissəsinin tikinti və struktur planlaşdırması işində xeyli irəliləyişlə, cədvələ uyğun gedir.

“Bakı-2015” tədbiri üçün nəzərdə tutulan yerlər “Eurovision-2012” mahnı yarışmasını qəbul etmiş əfsanəvi “Baku Crystal Hall”u , yeni Beynəlxalq Üzgüçülük Mərkəzini və 65000 yerlik müasir stadionunu əhatə edir.

Avropa Oyunları üçün nəzərdə tutulan “Atletlər Kəndi”nin tikintisi sürətlə gedir. Kənd artıq Oyunların təcrübəli məsləhətçiləri və planlaşdırma məsələlərinə məsul şəxsləri tərəfindən elit atletlər üçün dünyanın idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri hesab edilir.

“Alov Qüllələri” kompleksi və İraq mənşəli britaniyalı memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi kimi digər rəmzi məkanlar idmana xüsusi fon yaradacaqdır”.

“Bakı-2015” tədbiri üçün bu günədək təsdiqlənmiş yarışlar Olimpiya idman növü sayılan üzgüçülük, dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan basketbol 3x3 və çimərlik futbolu kimi idmanın yeni formatını əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG