Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

Avstraliyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub


.
Avstraliyanın New Southwest əyalətində meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət elan olunub.
Havanın tempraturunun artması və yanğınların güclü küləyin təsiri ilə genişlənəcəyi ehtimalına görə belə qərar verilib.
İndiyə qədər bölgədə 200-dən çox ev yanıb kül olub.
Avstraliya rəsmiləri deyib ki, son 40 ildə belə hadisə olmayıb.
Meşə yanğınları nəticəsində yüzlərlə adam evsiz qalıb. Bir nəfər ölüb.
Son bir neçə gün ərzində əyalətdə 37 min hektar meşə yanıb.
15 müxtəlif nöqtədə davam edən yanğınlar hələ nəzarət alıtına alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG