Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14

İtaliyada etiraz aksiyaları keçirilir


.
İtaliyanın paytaxtı Romada iki gündür tətil və etiraz aksiyaları davam edir. Aksiyaçılar hökumətin yeni büdcə və iqtisadi tədbirlər paketinə qarşı çıxır.
Təşkilatçılar aksiyada 70 min, polis isə 30 min adamın iştirak etdiyini bildirir. Aksiyaçılar polis maşınlarına şüşə və yumurta atıb.
İqtisadiyyat Nazirliyinin binasına isə kağız bomba atıb. 14 nəfər saxlanılıb.
Tətilə görə başqa nəqliyyat sistemi olmaqla bir neçə sahədə iş dayanıb. Romanın ən böyük aeroportu olan Fiumicinoda işçilər tətil etdiyi üçün 173 uçuş təxirə düşüb.
Polis aksiyaçılar arasında olan, zorakılıq hadisələri törətməyi planlaşdıran 5 Fransa vətəndaşını ölkədən çıxarıb. Onların "Black Bloc" (Qara Blok) qrupu üzvləri olduqları bildirilir.
"Black Bloc" qrupu 2011-ci il oktyabrın 15-də Romada baş verən zorakılıqlarda – binaların və avtomobillərin yandırılmasında ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG