Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:21

Moskvadan xəbər var


-
Moskvadakı «Pokrovski» meyvə-tərəvəz bazasında çalışan azərbaycanlılar öz mallarını ordan çıxarmağa başlayıblar.

Bu barədə AzadlıqRadiosuna bazada çalışan Akif Əliyev məlumat verib.

Onun dediyinə görə, rəsmi icazə olsa da, bu günə qədər mallarını çıxara bilmirdilər.

Moskvanın Qərbi Biryulevo rayonundakı «Pokrovski» meyvə-tərəvəz bazasında 5 min Azərbaycan vətəndaşının işlədiyi bildirilir.

Orada çalışan azərbaycanlı Orxan Zeynalovun adı yerli sakinlərdən birinin qətlində hallanandan sonra bu rayonda miqrantlar əleyhinə iğtişaşlar başlayıb. Bundan sonra baza bağlanıb.
XS
SM
MD
LG