Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

Azərbaycan diplomatları hələ də Orxan Zeynalovla görüşə bilməyiblər


-
Azərbaycan Rusiyaya ikinci dəfə nota verib.

Bu barədə apa-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər.

Bu səbəbdən Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib.

Bundan başqa, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb.

Oktyabrın 10-da Moskvada 25 yaşlı Yeqor Şerbakov ürəyindən bıçaqlanaraq öldürülüb. Hadisədə əsas şahid hesab olunan Kseniya Popova qatilin Zeynalov olduğunu bildirir.
XS
SM
MD
LG