Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:57

"Novıe Çeremuşki" şirkətinin rəhbəri Magomed Churilov həbs olundu


Moskva məhkəməsi “Novıe Çeremuşki” şirkətinin direktorlar şurasının sədri Magomed Churilovun həbsi barədə qərar verib. Biryulevodakı Pokrovskaya tərəvəz bazasını bu şirkət idarə edir.

Biryulevo hadisələrinin ibtidai istintaqı başa çatana qədər Churilovun həbsə alınmasını məhkəmədən hüquq-mühafizə orqanları xahiş edirdi. O, 15 dekabra kimi həbsdə qalacaq.

Churilov Rusiyaya qeyri-qanuni miqrasiya təşkil etməkdə ittiham olunur.

“Novıe Çeremuşki” şirkətinin baş direktoru A.Hajiev də axtarışa verilib.
XS
SM
MD
LG