Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Özbəkistanda pambıq normasını doldura biılməyən özünü aslıb


Özbəkistanda pambıq yığmağa məcbur edilən 4 uşaq atası intihar edib. Azadlıq Radiosunun Özbək Xidmətinin məlumatına görə, Karakalpakistan vilayətində rəsmilər Safarboy Karimovu camaatın qabağında utandırıblar ki, pambıq yığma normasını doldura bilmir. Sabahısı günü onu ağacda asılmış tapıblar.

Şahidlərin dediyinə görə, rəsmilər Karimova deyirmişlər ki, normanı doldura bilmirsənsə, növbəti toplantıya gəlməkdənsə, get özünü as. Pambıq tarlasının yanında hər gecə toplantı keçirilir ki, kim nə qədər pambıq yığıb.

Tarlada işləyənlər Azadlıq radiosuna deyirlər ki, onlar normanı doldurmaq üçün gecə yarıyacan işləyirlər. Səhər saat 5-də isə tarlaya çıxlırlar.
XS
SM
MD
LG