Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:35

Kirov avtomobilini yandırmaq istədi


Kirov avtomobilini yandırmaq istədi
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Kirov avtomobilini yandırmaq istədi

-
Bakı şəhər sakini Xaqani Kirov şəxsi avtomobilini yandırmaq istəyib. Onun bu addımına səbəb Azərbaycan Respublikası Dövlət sığorta şirkətinin (ARDSŞ) Nizami rayonu filialından şikayətçi olmasıdır. 2013-cü il sentyabrın 2-də Hacıqabulda avtomobil qəzasına düşən Xaqani K. hələ də lazımi sığorta məbləğinin ödənilmədiyini deyir.

Şikayətçinin sözlərinə görə, dövlət sığorta şirkətinə məxsus "Cavid Servis" avtomobilə dəyən zərəri 6 min 480 manat dəyərində qiymətləndirib. İcbari sığortaya görə ona 5 min manat ayrılacağı və avtomobilinin təmir olunacağı bildirilib. Ayyarım ötəndən sonra zərərçəkənə yalnız 1480 manat ayrılıb. Xaqani Kirovun sözlərinə görə, “Cavid Servis”də saxlanan və hələ də təmir olunmayan avtomobilini çıxarmaq üçün ondan 200 manat istəyiblər. O, Maliyyə Nazirliyinə üz tutsa da, durum dəyişməyib.

ARDSŞ-nin Nizami rayon filialının direktoru Elmar Qasımov avtomobilə dəyən zərərin bütövlükdə 1480 manat məbləğində müəyyən olunduğunu və Xaqani Kirovun bu məbləğlə razılaşıb, sənədi imzaladığını söyləyir. Şikayətçi isə ona boş kağıza imza atdırıldığını deyir.

Direktorun sözlərinə görə, Xaqani Kirov məhkəməyə müraciət edərək yenidən ekspert baxışı keçirilməsinə nail ola bilər. Bu təkliflə razılaşan şikayətçi avtomobilini yandırmaq niyyətindən əl çəkib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG