Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

Rusiya səfiri: Orxan Zeynalovun həbsi münasibətlərə təsir etməyəcək


-
«Qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşının bütün prosessual hüquqları tam təmin olunub. Onun vəkili var. Ona tərcüməçi verilib. Məhkəmə materialları Azərbaycan dilinə tərcümə olunub. Əminəm ki, yaxın zamanlarda Azərbaycan səfirliyinin nümayəndəsi onunla görüşə biləcək».

Bunu oktyabrın 18-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib.

Rusiyanın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, Vladimir Doroxin məhkəmənin düzgün qərar çıxaracağına əmin olduğunu da bildirib.

Səfir hadisədən sonra iki ölkə arasındakı münasibətlərdən də danışıb. Deyib ki, «Rusiya-Azərbaycan münasibətləri yüksək qiymətləndirilir».

Doroxin baş verən hadisənin Rusiya-Azərbaycan münasibətlərinə, Rusiyada işləyən azərbaycanlılara mənfi təsir göstərmədiyini də bildirib.
XS
SM
MD
LG