Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:21

ABŞ hökuməti 9 oktyabr seçkisinə daha bir münasibət bildirdi


Daniel Baer
Daniel Baer
-
ABŞ hökuməti rəsmi Bakını 9 oktyabr seçkisi ilə bağlı bütün məlumat və pozuntuların şəffaf, etimad ediləcək şəkildə təhqiqatını aparmağa, ATƏT-in beynəlxalq müşahidə missiyasının yekun hesabatında əksini tapan tövsiyələri yerinə yetirməyə çağırıb.

«Turan» agentliyi bildirir ki, rəsmi Vaşinqtonun mövqeyini ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer çatdırıb.

ATƏT-in Vyanadakı Daimi Şurasına göndərilən bəyanatda deyilir:

«Biz Azərbaycan hökumətini sərbəst toplaşmaq, ifadə azadlığı barədə ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmət etməyə, prezident seçkisindən sonra zorakılıqdan çəkinməyə çağırırıq».

Bəyanatda qeyd olunur ki, ABŞ ATƏT missiyasının tərkibinə 2 uzunmüddətli, 25 qısamüddətli müşahidəçi göndərib və seçkinin nəticələrinə dair missiyanın oktyabrın 10-da verdiyi bəyanatı qəti şəkildə dəstəkləyir:

«Seçki ifadə, sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ovqatında keçirilib. Kampaniya namizədlərə təzyiq, seçicilərin qorxudulması, media üçün məhdudiyyət kimi qanıqaralığa bulaşıb, bütün mərhələlərdə və səsvermə günü ciddi problemlər yaşanıb. ABŞ təəssüf edir ki, 9 oktyabr seçkisi beynəlxalq standartlardan və Azərbaycanı ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub».
XS
SM
MD
LG