Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:00

«Bakının teatr həyatı» adlı kataloq çıxıb


Foto: Arxiv
Foto: Arxiv
-
Milli Azərbaycan Tarixi Muzeyi yeni kitab-- kataloq nəşr edib.

«Bakının teatr həyatı» adlı kataloq Muzeyin fondlarında qorunan və Azərbaycanın teatr tarixinə, Bakıda fəaliyyət göstərmiş teatrların tarixinə dair nadir eksponatları özündə toplayıb.

Muzeyin saytı bildirir ki, kataloq «Azərbaycanda Milli Teatrın yaradılmasının 140 illiyi haqqında» 01 mart 2013-cü il tarixli prezident sərəncamından irəli gələn tədbirlər planına əsasən çap olunub.

Kataloqun elmi redaktoru, Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifləri N.Vəlixanlı və Zərifə Dulayevadır.

Kataloqda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Teatrı, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrı, eləcə də müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı (1992) və «Planet Parni iz Baku-KVN» (2000) teatrının fəaliyyətinə dair Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında olan materiallar toplanıb.

Kataloqa müxtəlif fotoşəkillər, afişa və proqramlar, eləcə də nadir eksponatlar – teatr xadimlərinin şəxsi əşyaları, dekorasiya və rekvizitlər daxil edilib.

«Bakının teatr həyatı» kataloqu 7 bölmədə təqdim olunan 870 adda eksponatı əhatə edir.

Bölmələrin hər biri ayrı-ayrı teatrların və XX əsrin əvvəlində fəaliyyət göstərən həvəskar teatr truppalarının materiallarını özündə birləşdirir.

Kataloqun sonunda muzeyin sənədli mənbələr fondunda saxlanılan Azərbaycan Teatrının 50 illik yubileyi münasibətilə 1923-cü ildə yubiley komissiyası tərəfindən ərəb qrafikası ilə nəşr edilən «Azərbaycan türk teatrosunun müxtəsər tarixi. 1873-1923» kitabçasının transliterasiyası təqdim olunub.

Muzey ümid edir ki, bu unikal və qiymətli materiallar Azərbaycan tamaşaçısının çətin, uzun və şərəfli ömür yaşamış Azərbaycan teatrına sevgisini daha da artıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG