Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

Əli Kərimli müstəqillik haqda: «Hələ ikinci hissə qalıb»


Əli Kərimli

Əli Kərimli

-
«Bizim milli azadlıq hərəkatı yalnız milli azadlıq hərəkatı deyildi. Həm də demokratiya uğrunda hərəkat idi. Biz o zaman Kommunist Partiyasının korrupsioner, ədalətsiz hakimiyyətinə qarşı da mübarizə aparırdıq. Təkcə milli müstəqillik uğrunda yox. Biz birinci hissəyə nail olmuşuq - müstəqilik. Amma millətimiz tamamilə onun zövqünü, səfasını yaşaya bilmir, ikinci hissə qalıb. Yenə də korrupsiya, yenə də avtoritar rejim, yenə də qanunsuzluq. Ona görə də o mübarizə davam edəcək».

Bunu oktyabrın 18-də Milli Müstəqillik Günü münasibətilə Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin məzarı üstündəki çıxışında AXCP sədri Əli Kərimli deyib.

Əli Kərimli deyib ki, hökumət bu bayramı yaddaşlardan silmək istəsə də, buna nail ola bilməyəcək.

Elçibəyi anma mərasimində Milli Şurada təmsil olunan siyasi partiyaların, gənclər təşkilatlarının üzvləri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG