Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

İsmayıllıda 2 xəstə uşaq atası aldadıldığını düşünür...


İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Xəlilovlar ailəsi

İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Xəlilovlar ailəsi

.
İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Qüdrət Xəlilov şikayətlənir ki, onu kənd icra nümayəndəsi və Dövlət Sosial Müdafiə Fondunun işçiləri aldadıblar. Ona Kapital Banka 60 manat pulu əsassız olaraq köçürtdürüblər.
Qüdrət Xəlilov qeyd edir ki, iki övladı var, ikisi də xəstədir:
«Böyük övladım 1985-ci il təvəllüdlü Gülnar psixi xəstədir və bir müddət əvvələ kimi Bakıda dispanserdə müalicə olunub. İkinci övladım 1991-ci il təvəllüdlü Mövlud isə əlildir, əlil arabası ilə hərəkət edir. Dövlətdən oğlum Mövlud 67 manat pensiya alır, aldığı heç dərmanlarına çatmır. Qızımın isə pensiya kartını düzəltdirib almışam, ancaq hələ karta pul vurulmur. Həmin alınan bu müavinətdən başqa evimizə başqa maliyyə daxil olmur. Rəsmi qurumlar heç bizimlə maraqlanmırlar ki, necə yaşayırıq, ölmüşük, qalmışıq. Kənd icra nümayəndəsi Ramiz Dadaşova dəfələrlə bu və digər problemlərimizlə bağlı müraciət etmişik, heç bizi dinləmək belə istəmir».
«DEYİRƏM Kİ, BƏS İCRA BAŞÇISI SİZƏ NƏ TAPŞIRDI?»
Qüdrət Xəlilovun həyat yoldaşı Nəzakət Xəlilova deyir ki, dərdlərini icra başçısına da çatdırıblar:
Qüdrət Xəlilov oğlu Mövludla birlikdə

Qüdrət Xəlilov oğlu Mövludla birlikdə

«Yeni icra başçısı bir neçə ay bundan qabaq kəndimizə gəlmişdi. Mən dərdimi ona danışdım. İnsafən çox gözəl qəlbli insandır. Məni dinlədi və icra nümayəndəsi Ramiz Dadaşova tapşırdı ki, bu ailəyə özün də kömək et. Nə lazımdır mütəmadi bizə də məlumat ver ki, imkan düşən anlarda bu ailəyə kömək edək, tək qoymayaq onları. Ancaq ondan sonra bir neçə dəfə nümayəndə ilə görüşmək istəmişik, bizi heç dinləmək istəmir. Deyirəm ki, bəs icra başçısı sizə nə tapşırdı? Deyir icra başçısı söz verib, gedin icra başçısından tələb edin».
«BİZİ ALDATDILAR, PULUMUZU ƏLİMİZDƏN ALDILAR»
Qüdrət Xəlilov daha sonra deyir:
«Uşaqlar üçün ünvanlı sosial yardım düzəltmək üçün rayon dövlət sosial fonduna getdim. Məni Kapital Banka göndərdilər ki, apar 60 manat pul keçir, sənədlərini düzəldib verək. Mən borc edib həmin 60 manat pulu banka keçirtdim, aradan iki üç gün keçəndən sonra təkrar həmin işlə əlaqədar gedəndə bildirdilər ki, sizə ünvanlı yardım düşmür. İndi də deyirlər ki, bəs məcburi sığorta üçün ödəmisən və gələcəkdə pensiyaya xeyr edəcək. Axı söhbət belə olmamışdı. Məni aldadıb göndərdiniz ki, pulu ödə, gəl hər şey hazırdır. Niyə mənə hüquqlarım izah olunmadı? Mən nə edirəm 20 ildən sonra pensiyaya təsir edib etməməyi? Kasıb adamam onu da borc almışdım».
«MƏNİM YANIMA GƏLMƏYİBLƏR...»
Kənd icra nümayəndəsi Ramiz Dadaşov deyir ki, başçı həmin ailəni ona tapşırıb:
«Mən Qüdrət Xəlilova dedim ki, sənədləri yığ gətir, problemi həll edək. Bugünə kimi nə yanıma gəlib, nə də ki, sənədləri toplayıb. Mənim başqa o qədər işlərim var. Böyük ərazidir, indi bütün işimi gücümü atıb, bir adamın dalınca düşəsi deyiləm ki? Müraciət eləsin, baxarıq».
«ONA BÜTÜN HÜQUQLARI DA İZAH OLUNUB, YAXŞI DA YOLA SALINIB»
Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradov isə qeyd edir ki, Qüdrət Xəlilova bütün hüquqları izah olunub. Üstəlik özü də razı halda yola salınıb:
«Ümumiyyətlə onun banka ödədiyi pul məcburi sosial sığorta haqqı ilə əlaqədardır, bu da tam qanunidir. Qaldı ki, ünvanlı yardımın düşüb düşməməsinə o, bizim idarənin səlahiyyətinə aid deyil. Onun məcburi sosial sığorta kartlarını alması onun gələcəyi üçün daha məqsədəuyğundur. O bunu dərindən bilsəydi yəqin ki, belə danışmaz».

Şərhləri göstər

XS
SM
MD
LG