Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

Gənc istedadlara xüsusi təqaüd ayrıldı


Arxiv foto
Arxiv foto
.
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çıxıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, musiqi sahəsində xüsusi istedadı olan 7 nəfərin adı, sərəncama əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər:

Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdi,

Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi,

Cəfərov Mircavid Mircavad oğlu - G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin şagirdi,

Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi,

Xanlarov Cahandar İslam oğlu - L.və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin şagirdi,

İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi,

Mailova Jalə Eldəniz qızı - R.Hacıyev adına 15 saylı 11 illik Musiqi məktəbinin şagirdi.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG