Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:26

AXCP üzvləri həbs edilib


.
Oktyabrın 17-də AXCP Sabunçu rayon təşkilatının üzvü Zaur Məmmədov həbs olunub. Məhkəmənin hökmü ilə o, 15 sutka inzibati qaydada həbs cəzasına məhkum edilib.
Oktyabrın 17-də AXCP Hacıqabul şöbəsinin üzvü İqbal Dəmirov isə Hacıqabul şəhər Polis Şöbəsinə çağırılıb və ardınca məhkəmənin qərarı ilə 10 sutka həbs olunub.
Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.
Gözəl Bayramlı deyib ki, əslində hər iki gənc seçkidə və mitinqlərdə fəallıq göstərdiyi üçün həbs olunub.
“Onlar müşahidəçi kimi seçki günü saxtakarlıqlarla bağlı xeyli aktlar tərtib etmişdilər. Qanun pozuntuları ilə bağlı iradlarını bildirmişdilər. Hakimiyyət indi də bu metodu işə salıb. Bu fəallara qarşı olan repressiyadır”.
Zaur Məmmədov oktyabrın 18-də hərbi xidmətə yollanmalıymış.
Oktyabrın 18-də isə AXCP Nəsimi şöbəsinin üzvü Füzuli Zeynalov da Yasamal Rayon Polis İdarəsinə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG