Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

ABŞ səfirliyi: Ümid edirik Azərbaycan hökuməti daha çox aktivist və jurnalist azad edəcək


Arxiv foto

Arxiv foto

.
ABŞ-ın Azərbaycandakı səfirliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfvini alqışlayıb.

Səfirliyin yaydığı məlumatda deyilir:
«Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivist və jurnalist azad edəcək».

İlham Əliyev oktyabrın 14-də Əfv sərəncamı imzalayıb.

Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG