Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:52

Ukrayna prezidenti Timoshenkonun xaricdə müalicəsinə qarşı deyil


Yulia Tymoshenko
Yulia Tymoshenko
Ukrayna prezidenti Viktor Yanukovich həbsdə olan keçmiş baş nazir Yulia Timoshenkonun xaricdə müalicə olunması ilə bağlı parlamentin qərarını dəstəkləyəcəyini bildirib.O cümə axşamı jurnalistlərə bildirib ki, parlamentə təmsil olunan siyasi qüvvələrin hazırladığı qanun layihəsi Timoshenkonun xaricdə müalicəsinə imkan verir və əgər parlament onu qəbul etsə , bu qanunu qəbul edəcək.

Timoshenko hazırda 7 illik həbs cəzası çəkir.O vəzifədə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur. Timoshenko ittihamı rədd edir və həbsinin siyasi motivli olduğunu deyir.

Avropa Birliyi və Timoshenkonun qızı onun Avropa Birliyinin Vilnüs sammitindək Almaniyaya müalicəyə göndəriləcəyini istisna eləmirlər.

Avropa Birliyinin liderləri bundan əvvəl Ukrayna ilə assosasiya razılaşması imzalanmasının perespektivlərini Timoshenko məsələsi ilə əlaqələndiriblər.
XS
SM
MD
LG