Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12
.
Moskvanın Presnenski Rayon Məhkəməsi rusiyalı gənc Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Orxan Zeynalov məhkəmədə Yeqor Şerbakovun qətli ilə bağlı polisə verdiyi ilkin ifadəsindən imtina edib.

Bu barədə oktyabrın 17-də İTAR-TASS agentliyi məlumat yayıb.
"Mən razı deyiləm, mən öldürməmişəm-deyə Orxan Zeynalov tərcüməçi vasitəsi ilə bildirib. O, məhkəmədən girov müqabilində azadlığa buraxılmasını xahiş edib”.
Müstəntiqin dediyinə görə, qətlə yetirilən gəncin rəfiqəsi qatilin Orxan Zeynalov olduğunu deyib.
Prokuror törədilmiş cinayətin ağır cinayət olduğunu bildirib və hüquq-mühafizə orqanlarından O. Zeynalovun həbs olunmasını istəyib. “Azadlıqda olarkən o cinayətkar əməllə məşğul ola bilər” deyə dövlət ittihamçısı bildirib.

Sonda məhkəmə O. Zeynalov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG