Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

«Vasif Talıbov qurban kəsdirmişdir...»


.
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!
Şərq Qapısı 17.10.2013

Naxçıvanda Qurban bayramı qeyd olunmuşdur

...Qurban bayramı muxtar respublikamızda da geniş qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qurbanlar kəsilərək paylanılmışdır.

...Naxçıvan şəhərindəki Heydər məscidində Qurban bayramı münasibətilə keçirilən mərasimdə qeyd olunmuşdur ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Onlardan biri də müqəddəs Qurban bayramıdır. Bu mübarək bayram dinimizin bir sıra fəzilətlərini özündə əks etdirir. İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən də olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Ölkəmizdə digər bayramlar kimi, Qurban bayramının da dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz siyasi fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərimizi zənginləşdirən bayramların qeyd edilməsinə qayğı ilə yanaşmışdır.

Bayram namazı qılındıqdan sonra qurban əti paylanılmışdır.

“Cümə”, “Pirqəmiş”, Kazım Qarabəkir Paşa məscidlərində də bu bayram milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin ifadəsi kimi qeyd olunmuş, məscidlərdə qurban əti paylanılmışdır.
XS
SM
MD
LG